Əfqanıstanda təhsil və iqtisadiyyat üçün Davamlı Filantropiya və Sosial Məsuliyyət

Posted on at

This post is also available in:

DAVAMLI sosial məsuliyyət, filantropiya və təhsil, daha yaxşı Dünyaya aparan yeganə yoldur. Sistemə yararsız pul yatırmaq səmərə verməyəcək, xaos və qəzəb yaradacaq və nəzərdə tutduğumuz gəlirlərin gələcəyini təhlükə altına atacaq.

 Bu həftə Əfqanıstanda məktəblər tikən digər insanlarla uzun danışıqlar apardıq. Onların maliyyə yardımları kəsilib və təsis etdiklərin müəssisənin işıq pulunu və əsas ləvazimatların gəlirini ödəyəcək pulları yoxdur. Buna təəssüflənir və pərt oluruq çünki bu baş veməməli idi. Deməli, aydın davamlı proqram olmadan investisiyalar yatırmaq düzgün deyil. 

Roya Məhbubu NATO-un hazırladığı  videoda görəndə, anladım ki, Əfqanıstan adlanan uzaq ölkədə biznes quraraq milyonlarla insanların həyatını dəyişmək üçün fürsətdən idtifadə etməliyəm. Fikir prosesi çox sadə idi və bütün bunlar mənim təcrübəmdən və biznes modelimdən qaynaqlanırdı: Film Annex onlayn film yayımlar şəbəkəsi və peşəkar filmləri ilə Peşəkar video axtarış mühərrikidir. Annex mətbuatında da yalnız peşəkar yazıçılar çalışır və əmək haqqı alırlar. Film Annexin qeydiyyatdan keçmiş 300,000 istifadəçisi reklam vasitəsilə gəlir əldə edirlər. Biz eyni modeli Əfqanıstanlı tələbələr və istifadəçilərə də tətbiq etməyi qərara almışıq. 

 Əfqanıstanın inkişaf layihəsini hazırlayanda, Film Annexin biznes modelini də təsis etdik. İlk addım, video kameralar almaq və Əfqanıstanda filmlərin lentə alınmasına başlamaq, Nyo York şəhərində videoları və müsahibələri redaktə etmək və NATO və USAid kimi müəssisələrin video nümunələrini yayımlamaqdan ibarət idi. Son 5 ayda, 100-dən çox videonu hazırladıq və yüklədik, yüzlərlə məqalə və bloq yazıları dərc etdik, hər ay 5 milyondan çox insana təlim keçdik və onlarla əyləndik, Əfqanıstanın iqtisadiyyatı və təhsili ilə bağlı vəzifələrimizi müəyyən etdik və aşağıdakılara nail olaraq özünə davamlı gəlirlər əldə etdik:

  • 6 internetlə təmin olunmuş sinif otağının təsisi ( daha 34-ü plandadır)
  • 20,000-dən çox uşağı şəbəkəyə daxil etdmək (həfəfimiz 160,000dir)
  • Eksamer təhsil proqram təminatının 3-cü nəslini inkişaf etdirmək, funksional olaraq mikro-təqaüdlər və mobil pul ödəmə ilə 
  • Film Annex Şəbəkəsi tərəfindən Əfqan idman klublarının dəstəklənməsinə nail olmaq

 

Layihə başladıqdan 5 ay sonra, Film Annex bütün gəlirlərini qarşıladı və davamlı mənfəət əldə etdi. Nəticə etibarilə, Əfqanıstandakı inkişafımızdan daha yüksək mənfəət götürmək üçün işləyirik. Film Annex üçün, Əfqanıstanın iqtisadiyyatı və təhsili faydalı obyektlərdir.

Film Annexin uğuru qadın və uşaqları onlayn internet şəbəkəsinə gətirmək və onların bacarıqlarını Əfqanıstanın sərhədlərini aşan limitsiz internet dünyasında aşılamaqdır. Film Annex uğur qazanmaları üçün uşaqları və qadınları lazımi ləvazimat və bazarlama ilə təmin edir; və biz artıq uğuru görürük. İstisna olaraq, Roya Məhbub və Fereşteh Foruf kimi sahibkarlar bu işin bazası və Heray Farzan və Elaha Məhbub kimi gənc insanlar isə mühərrik rolunu oynayırlar. Əfqan qadınlarının səlahiyyətlərinin artırılması böyük xeyirxahlıq və biznes imkanıdır. 

 

Film Annexdə bizim bütün suallara cavabımız yoxdur, lakin biz bilirik ki, spesifik və məqsədyünlü layihələr yüksək qiymətləndirilir. Youtube kimi nəhəng korporasiyaların yayımı Əfqanıstanda qadağandır, həmin şəbəkələr ya əngəllənib ya da belə bir təhlükə altındadır. Böyük şirkətlər və müəssisələr davamlılığa tab gətirmədiyi halda, Film Annexin biznes modeli və onun 300,000 fərdi istifadəçisi Əfqanıstan, Mərkəzi və Cənubi Asiyanın tayfa ənənələrini yaxşı analiz edirlər. 

Əfqanıstan, Cənubi və Mərkəzi Asiyanı anlamaq üçün sahibkar ruhlu olmaq və onların tayfa adət-ənənlərini qəbul etmək lazımdır. Əfqanıstanda hər 100 addımdan bir yeni bir dil, yemək bişirmə qaydası və tarixi müxtəlifliklə qarşılaşırsan. Əfqanıstanda, kiçik və orta rəqəmsal müəssisələr davamlı biznes üçün seçimlərdir. 

 



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 0
160