Əlvida, Nelson Mandela

Posted on at

This post is also available in:

Təsəvvür edin ki, irqi ayrıseçkiliyin hökm sürdüyü və digər sosial irqlərin nümayəndələri ilə eyni iş yerlərini paylaşa bilmədiyiniz bir dünyada yaşayırsınız. Dərinizin rəngi fərqli olduğuna görə öz hüquqlarınızdan imtina etməyə məcbur edilərək kəskin ayrıseçkiliyə məruz qalırsız. Təsəvvür edin ki, dəri rənglərinə görə sizdən üstün tutulan insanlarla paralel olaraq ayrı həyat sürürsüz. Söhbət Cənubi Afrikadakı "Apartheid" -irqçilik hərəkatından gedir. 

Təsəvvür edin ki, öz ölkəniz daxilində istədiyiniz kimi hərəkət edə bilmirsiz və üstəlik könülsüz olaraq başqaları tərəfindən sizə verilən göstərişlər əsasında işləməyə məcbursuz. Hər zaman kimliyinizə dair bütün sənədlər üzərinizdə olmalı və polis istədiyi vaxt sizə təzyiq göstərərək istənilən yoxlamaları apara bilər. 

Təsəvvür edin ki, belə bir sistemin hökm sürdüyü ölkədə dövlət xidmətlərindən istifadə etmək üçün ən önəmli amil sizin hansı irqə mənsub olmağınızdır. İrqi ayrıseçkiliyə məruz qaldığınız halda, uşaqlarınız istədikləri məktəblərdə təhsil ala bilməz, istədiyiniz universitetdə oxumaq haqqınız yoxdur, yalnız sizin üçün nəzərdə tutulan xəstəxanalarda müalicə ala bilərsiz, istədiyiniz çimərlik, park və hətta ictimai nəqliyyatdan istifadə edə bilməzsiz. Və əlbəttə ki, sizin üçün nəzərdə tutlan bütün bu xüsusi müəssisələr və xidmət sektorları keyfiyyət göstəricisə görə ikinci dərəcəlidir.  

Təsəvvür edin ki, yaşadığınız ölkədə hamı üçün məqbul sayılan yüksək təhsil almaq haqqı sizə verilmir. Onların torpaq sahibi olmaq kimi bir hüququ var, amma sizin yox. Onlar seçkilərdə iştirak edir, siz isə yox. Onlar liderlik zirvəsinə doğru irəliləyə bilər ama sizə belə bir şans verilmir. Sadəcə dəri rənglərinə görə, ölkəsinin siyasi liderləri tərəfindən sevilməyən və aşağı təbəqənin insanları hesab olunan bu insanların üzləşdikləri alçaldıcı rəftar barədə bir düşünün. 

Təsəvvur edin elə bir dünyada yaşayırsız ki, digər sosial sinifdən olan biri ilə ailə qura bilməzsiz. Qadın olduğunuz halda, daha sərt qanunlarla üzləşirsiz. Təhsil almaq hüququ daxil olmaqla bir çox hüquqlardan məhrum olursuz. Sağlam həyat üçün lazımi olan şərait sizin üçün yaradılmır. 

Təsəvvür edin ki, yuxudan ayılırsız və görürsüz ki, bu bir kabus deyil. Sizə verilən həyatdır və bu həyatı yaşamaqdan başqa çıxış yolunuz yoxdur. Bu, Cənubi Afrikadakı "Apartheid" hərəkatı idi. 

İndi bu dünyanın artıq mövcud olamdığını təsəvvür edin və bütün bunlara son qoyan şəxsi hörmətlə anmağı unutmayın.

Təşəkkülər, Nelson Mandela.

 

Müəllif: Giacomo Cresti

 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 144
160