Websayt vasitəsilə necə gəlir əldə etmək olar? onlayn bloqqinq

Posted on at

This post is also available in:


 

Yazıçı, "yazmağa qadir olan və nə isə yazmış bir şəxsdir". Bu anlamada. yazıçının təqdim etdiyi məhsul müqabilində ödəniş gözləyib gözləmədiyi aydın olmur, lakin aydın məsələdir ki, mükafat kimi bir şey arzuolunandır.  Zaman-zaman "yazar" sözünün məğzi dəyişib və bugün xüsusi bir əhəmiyyətə malikdir. Müxtəlif yazı məhsulları bütöv şəkildə toplanmalıdır və ən yaxşı nəşr edilmiş kitablar, jurnallar, qəzetlər və dəb jurnalları siyahısına əlavə olunmalıdır, hətta kağız üzərində olmadıqda belə: onlayn bloqqinq

 


 

Bloqqerlər oxucuların diqqətini çəkə biləcək və onlarına marağına səbəb olacaq şeylər barədə yazırlar. Öz işinə həvəslə yanaşdığın halda, sənin hekayələrini oxumaq istəyən insanlar olacaq. Qalanı internetin üzərinə düşür. Sənin sonsuz sayda oxucuların ola bilər və onların sürətini tutmaq üçün virtual reallığa əsaslanmaq kifayətdir. Düşün, YouTube-da paylaşılan videolar və Twitterdə edilən tvitlər az bir vaxtda necə dünyanın hər tərəfinə yayılır! Sadəcə olaraq. özünə cəlb edəcəyin kütlənin sayında heç bir məhdudiyyət yoxdur...və sosial medialarda bloqlarını paylaşmaqla çox yaxşı gəlir əldə edə bilərsən. 

 


 

İnternet vasitəsilə pul qazanmaq ilk baxışdan çətin görünə bilər, lakin bir çoxları faydalı yollar tapırlar. Məsələn. bəzi ölkələrdə orta aylıq məvacib qənaətbəxş hesab olunmaya bilər: onlar bloq yazmaqla aylıq məvaciblərindən daha çox pul qazana bilər. Bəli, bloqqinqlə pul qazanmaq mümkündür! Sadəcə. işinin müqavilində qonorar əldə edə biləcəyin websayt tap və yazmağa başla. Bu qədər bəsit. 

 


 

Bloqları harda yerləşdirməli? Film Annex bunun üçün imkan yaradır. Şirkət, sərbəst kinematoqrafları dəstəkləməklə yanaşı, "buzz hesabı"na görə fərdi bloqqerləri də təqaüdlərlə mükafatlandırır.  Sosial mediadakı fəaliyyətindən asılı olaraq, siz buzz hesabına malik olursuz: Daha çox buzz xalı, daha çox gəlir. Əgər sizin Buzz hesabınız 15-dirsə. hər yazdığınız məqaləyə görə 15 dollar əldə edəcəksiz. Bu, Birləşmiş Ştatlarda elə də böyük məvacib hesab olunmur, lakin Kuba kimi 15 dollarlıq aylıq gəlirlərin mövcud olduğu ölkələrdə faydalı ola bilər: bir məqalə, Kubalının aylıq evə gətirdiyi məvacibdən daha çox gəlir gətirə bilər. Bəli, bu imkanlar sizin üçün yaradılıb..sadəcə onları tapın və öz xeyrinizə istifadə edin. Hazır ol..Başla...Getdin! 

 


 

 


About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160