2013, Filmlər, Təhsil, Əfqanıstan- Mərkəzi və Cənubi Asiya, Qadınların səlahiyyəti, Dəb

Posted on at

This post is also available in:

 

Dünən, yerli restoranlardan birində Mayk Svineylə oturarkən mənə kiçik bir kağız parçası verdi. Həmin kağızda, hələ məzuniyyətlərdən əvvəl 2013-cü il üçün nəzərdə tutduğum 5 təklif yazılmışdl. Bunlar:

  • Filmlər

 

  • Təhsil

 

  • Əfqanıstan-Mərkəzi və Cənubi Asiya

 

  • Qadınların səlahiyyətlərinin artırılması

 

  • Dəb

Mənə baxaraq soruşdu:" Plan nədən ibarətdir?" Siyahıya nəzər salaraq ona söz verdim ki, bir neçə saat sonra bunlar barədə yazacam. 

Bütün bu obyektlərin sadəcə bir ortaq məxrəci var-Təhsil. Bəli, Kino istehsalında Təhsil, Əfqanıstan-Mərkəzi və Cənubi Asiyada Təhsil, Qadınların səlahiyyətlərinin artırılması naminə təhsil, Həyat tərzi və Dəbdə Təhsil.


Target Marketin Annex-in müştərilərinə verdiyimiz 3 sual bunlardır:

  1.  Sən fikir liderisən? 
  2. Hansı mövzuda? 
  3. Bunu necə dəyərləndirirsən?

Fikir liderliyini dəyərləndirmək üçün ən yaxşı yol, ən yaxşı gördüyün işi başqalarına öyrətmək, onlarla biliyini və imkanları paylaşmaqdır.

Eren Gülfidan Film Annex-in Yaradıcı Direktorudur. O, bacarıqlı və müstəqil kinomatoqrafları kəşf etmək, onları Erenin Seçimləri arasına daxil edib, gələcək işlərinə maliyyə yardımı göstərməklə çox mükəmməl iş bacarıb. O, həmçinin. kino istehsalçılarının, Əfqanıstan məktəblərində bizim şəbəkəmizin fəaliyyəti üçün, Kinomatoqrafiyada yeni tədris planları hazırlaması təklifini də irəli sürüb. Bununla da 30,000 tələbəmiz Eksamer Təhsil Sistemi əsasında Dünya Şəbəkə Toruna qoşulacaqdı. 

Əfqanıstan-Mərkəzi və Cənubi Asiyada təhsilə maliyyə dəstəyi göstərmək təklifi Roya Məhbuba aiddir. O, əfqan ıstanlı ön görən Baş İcraçı Dirktordur və onun ideyaları sayəsində 2014-cü ilə qədər 160,000 şagirdi hədəf götürərək hələlik 30,000 şagirdin həyatında çox böyük yeniliklər etmişik. Həmin 30,000 gənc oğlan və qızlar, bir gün, sosial media layihələri həyata keçirəcək, online məqalələr və bloq yazıları yazacaq, filmlər lentə alacaq, müsahibələr götürəcək, qazanc əldə edəcək, bununla həyat və təhsillərini sığortalayacaq və yeni yeni iş yerləri və  imkanlar yaradacaqlar. Onlar, Amerika və Avropa yazıçıları və kino istehsalçıları ilə eyni parametrlərdə ödənirlər.

Qadınların səlahiyyətləri regionda aktual mövzu, adətlər və inkişaf arasında isə incə balansdır. Yerli ənələrə uyğun olaraq, qadınların səlahiyyətlərinin inkişaf etdirilməsi və müdafiə olunmasında ən yaxşı vasitələr sosial və rəqəmsal mediyalardir. Bu məsələyə, Əfqanıstanda qadınların səıahiyyətləri, İnsan haqları, Dövlət və Liderlik adlı məqaləmdə aydınlıq gətirmişəm. Məqalədən bir neçə cümlə:

Ünsiyyət bacarıqlarında, sosial media və məlumatların mübadiləsində heç kim qadınları üstələyə bilməz.

Nə qədər çox videolar və yazılmış material= O qədər Qadınların İdarəçiliyi=Qadınlar üçün imkanlar.


Uşaqlıqdan qardaşım və mən dəbin içində olmuşuq. Atamız, Roberto Rulli tekstil işçisi kimi fəaliyyət göstərirdi. Gəncliyimiz fabrik istehsalı olan saatlarla oynamaq və Milan, Paris və Florensiyada tekstil şoularına baxmaqla keçib. İndi bizim, ABŞ, Avropa və Asiyada fəaliyyət göstərən MTİ USA İnc. tekstil və parça istehsalı kampaniyamız var. Dəb hər zaman bizim həyatımızın bir parçası olub və italyan qadınlarının səlahiyyətləri və iqtisadiyyatı üçün inkişaf mühərriki olub. Bu barədə, "Əfqanıstanda qadınların Dəb sənayesini dəstəkləmək italyanların vəzifəsidir" adlı məqaləmdə yazmışdım və Dəbin Cənubi və Mərkəzi Asiyada nələr edə biləcəyi mənim üçün hədsiz maraqlıdı. Dəbin nələri özündə ehtiva etdiyini Əfqanıstan gənclərinə öyrətmək və qadınların dizayna cəlb olunması, istehsal etmə və bununla öz ideyalarını pula çevirməsi növbəti mərhələnin şərtləridir. Sosial və rəqəmsal media bu imkanlardan mədud çərçivədə istifadəmizə səlahiyyət verə bilər.


Sosial media nəsildən-nəslə ötürülə bilən təhsil və iqtisadi imkanların yaradılması üçün əla vasitədir. Davamlılğın sığortası rəqəmsal media və reklamdır. Əfqanıstanlı tələbələrin 1.6 milyard insanın davamlı şəbəkəsini və Əfqanıstanın iqtisadiyyatını gücləndirmək üçün nələr etdiyini mənim " Əfqanıstanın nəsldən nəslə ötürülən dövlətçiliyi, Mərkəzi və Cənubi Asiyanın iqtisadiyyatı  və təhsil sistemi" adlı məqaləmdəki qeydlərimi oxuya bilərsiz. 

 

Sonda, bir xatırlatma:

Maraqlı düşüncəli maraqlı insanlar maraqlı media qururlar.

Öz bilik və bacarıqların Əfqanıstan, Banqladeş, Budan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, Nepal, Pakistan, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələrdən olan insanlarla paylaşmaq sənə öz məqsədlərini müəyyən etməkdə kömək edəcək. Onlar sənin fikir liderliyinin başlıca mühakimələri olacaq. 

Çəkinmə!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 0
160