Əfqanıstan, Mərkəzi və Cənubi Asiya. Təhsil və Reklam

Posted on at

This post is also available in:

Təxminən 10 il əvvəl, Manhattanın aşağı şərq hissəsindəki barda arvadımla tanış oldum. O, yanında iki dostu ilə orada idi; biz 5 dəqiqə söhbətləşdik və o, barı tərk etdi. Onun haqqında bildiklərim, adının Cara olması, elektron poçt ünvanı və reklam mütəxəssisi olması idi. Növbəti üç gün ərzində öz-özümə fikirləşdim...insanlar nəyi elan verir? Bu irsidir. Həmin vaxt, aktyor Con Malkoviçlə birgə Uncle Kimono paltar biznesinə yenicə başlamışdım. Və mənim ailəm artıq 2 nəslin dəb sənayəsi təcrübəsindən keçmişdir, əsasən də İtaliyada tekstil satışı üzrə. 

Elan vermək nədir? 

Bir neçə gün ərzində bu sual məni çox düşündürürdü. Nəhayət həyat yoldaşım izah elədi ki, elan yerləşdirmək ABŞ-da ən iri sənayedir və onun atasının 

Elan vermək nədir? Elan vermək nədir? Elan vermək nədir? Elan vermək nədir?

Mən  belə görürəm: Elanlar dünya miqyasında 467 milyard dolları özündə cəmləşdirir, hansı ki 142.5 milyardı ABŞ-ın əlindədir. Əfqanıstanın iqtisadiyyatı isə ümumilikdə 27.5 milyard dəyərindədir. 

Daha bir neçə xəbər: http://www.onlineadvertising.com :" 2012-ci ilin əvvəllərində eMarketerin qəzet və jurnallara verdiyi hesabat çox üzücü xəbər oldu. Xəbərdə deyilirdi ki, bu il onlayn elanlar kağız elanları üstələyəcək. Nəşriyyatçılar, əlbəttə bilirdilər ki, bu gün çox uzaqda deyil. Bütün bunlardan əlavə 2011-ci ildə, onlayn elan yerləşdirmə 32 milyard dollarla 23%-ə yüksəlmişdi. 2012-də 23% əlavə artacağı təqdirdə 40 milyard dollara bərabər olacaqdı. Eyni zamanda, onlayn elan yerləşdirmə çoxaldıqca çap elanların nüfuzu azalacaq. Jurnal və qəzetlərdə elan yerləşdirmə isə bu il 6.1 %  nisbəti ilə 36 milyard dollara enəcəyi gözlənilir."

Təəssüf ki, bir çox hallarda, elanlar əyləncələri bölərək, hər 5 dəqiqədən bir televiziyada elan vermək niyyəti ilə çox az büdcəli məhsullar istehsal edirlər. İzləyicilər artıq ağlasığmaz ismarıc seriyalarından cana yığılıb və Televiziya və kompyuterlərdə elanların verilməsinin əleyhinə yollar axtarırlar. Təəssüf ki, History kanalında artıq tarixlə bağlı proqramları yoxdur və Pawn Stars verilişi bestsellerdir.   

Lakin elanlar çox böyük gücə malikdir, əgər düzgün məqsədlər üçün istifadə edilsə, həqiqətən inkişafda olan ölkələrin gələcəyini dəyişə bilər. Xüsusilə də Əfqanıstanın təhsil sistemini. Elanlardan əldə etdiyimiz gəlirlərlə Khan Akademiyasını puısuz təhsil ocağına çevirib, təhsili daha artıq dəstəkləyərək, Əfqan valideynləri inandıra bilərikmi ki, uşaqlarını məktəblərə göndərsinlər və daha yüksək təhsilə can atsınlar? Əlbəttə, bacararıq. Bu, Əfqanıstanın İnkişaf Layihəsinin bir hissəsidir. Tələbə, məktəb, müəllim və təqaüdlərin etibarlı şəbəkəsini yaratmaq üçün ilk addım Əfqanıstan məktəblərini sosial mediyaya gətirməkdən ibarətdir. Buna görə də biz Əfqanıstanda məktəbləri tikməyə İNTERNETLƏ təmin olunmuş sinif otaqlarından başladıq.  

Bugün elan və videolar oyunlardan yan keçmir, gəlin iki dəqiqə buna da toxunaq. Şübhəsiz, Angry Birds dünyaşöhrətli fenomendir. Biz gənc və yaşlı nəslin buna sərf etdiyi enerjini daha sərfəli şeylərə- məsələn təhsil istiqamətinə yönəldə bilərikmi? Və yenə, hər şey sosial mediadan başlayır. Oldu, icazə verin bu mesajı qeydə alım və Rovio il telefonda onların Daridə təhsillə bağlı planlarını öyrənim. Onlar milliyətcə findilər, beləliklə bununla bağlı maraqlı fikirlərə sahib olmalıdırlar. Bizi izləməyə davam edin. 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160