Əfqanıstan, Mərkəzi və Cənubi Asiyada Kütləvi Maliyyələşdirilən təhsil

Posted on at

This post is also available in:

 Pul artıq köhnəlmiş valyutadır. Beyinlər və ideyalar isə  ümumdünya valyutalarıdır və öhdəlik və vergilərin subyekti ola bilməz. Wikipedia, Firefox və Ubuntu kimi açıq mənbəli websaytların əməliyyat sistemi öz sektorlarını idarə edir. Onların dəyəri ənənəvi analistlər tərəfindən ölçülə bilməz. Wikipedia Brittanika Ensiklopediyasını yerləşdirir. Firefox brauzer sənayesini yenidən formalaşdırır. Ubuntu kimi açıq mənbəli sistem isə kompyuter inkişafında hökmranlıq edir. Beyinlər, beyinlər, beyinlər.

Digər tərəfdən, Ubuntu həmçinin bir Afrika fəlsəfəsidir. Verilən aforizmdə, bütün təbəqələrdə əməkdaşlığın dəyəri sezilə bilər: " Biz kim olmuşuqsa mən də oyam" ( müəllif-liberal sülh aktivisti Leymah Gobvee)

Kütləvi Maliyyələşdirmə elə bir təhsil sistemidir ki, milyonlarla insanın biliyindən yararlanaraq başqalarına təhsil verilir. Bu təhsil prosesi Fərddən Fərdə əməkdaşlıq və ünsiyyət prinsipinə əsaslanır və bütün təhsil haqqı, ödənişlər, öhdəliklər və vergilərdən azaddır. O, prosesin tez başa çatmasına kömək edir və yerli adət -ənənələrə uyğunlaşır. 

 Təhsil bacarıqları formalaşdırır. Əgər bacarıqlar sosial və rəqəmsal media kimi rəqabətli sənayedə inkişaf etdirilsələr, onlar dərhal investisiya  və demoqrafik göstəricilər əldə edə bilərlər. Beyinlər və kompyuterlər şəbəkə şəklində əlaqə yaradırlar. Bəziləri rəqəmsal, bəziləri isə sosialdır. Fikir liderlərinin şəbəkəsi yeni tədris planı yarada və yeni qapılar aça bilər. Buna görə də biz, Eksamer Təhsil Sistemini və spesikik Sosial Media Tədris planlarını tərtib etmişik. Buna görə də, Suny New Paltz kimi müəssilərlə danışıqlar aparırıq ki, ABŞ və Mərəkəzi və Cənubi Asiyada tələbələrimiz arasındakı şəbəkəni genişləndirək. 

Peer to Peer, Crowdfunding, və Open Source kimi terminlər artıq təhsil sənayesinə aiddir və tədqiqat və inkişafın mövcu sahələrinə paralel götürülür.

Mən, Film Annexdə 300,000 qeydiyyatdan keçmiş istifadəçini Əfqanıstan, Mərkəzi və Cənubi Asiyadakı 300,000 tələbə ilə birləşdirmək istərdim. İstifadəçilər sosial media və kinematoqrafiya sahəsində tələbələr yetişdirə bilərlər. Tələbələr  etdikləri tərcümələrlə və onları sosial media platfromalarında yeni bazarlarla tanış edərək  kömək edə bilərlər. Roya Məhbub və Fereşteh Foruf, Mərkəzi və Cənubi Asiyanın iqtisadiyyatı və mədəniyyəti ilə məni tanış ediblər. Onlar bunu Əfqanıstanda, mən isə Nyo Yorkda olanda etməyə nail olublar. 



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 0
160