Əfqanıstanda Women's Annexin qadınlardan ibarət futbol klubu və Fiorentina AC, Mario Gomez bizi təəccübləndirə biləcəkmi?

Posted on at

This post is also available in:

Bu həftə, bizim tərəfdaşımız Roya Məhbub, Kabuldakı Women's Annexin qadınlardan ibarət futbol klubunun şəkillərini mənə ünvanladı. Klub, Ramazandan sonra növbəti mövsüm üçün məşq edir. 



 


Formalar, bizim məktəblərin və Heratdakı əməliyyatlarımızın rəhbəri Elaha Məhbub tərəfindən dizayn olunub. O, həmçinin dəb ustasıdır. Təsadüfən, Elaha bənövşəyi rəngi seçdi. Mənim doğulduğum Fiorentina şəhərinin futbol klubu da eyni rəngdə formaya malikdir. Bu, mənim qardaşım və tərəfdaşım Tomaso Rulli və digər Florentinalı dostlarımız üçün xoş bir sürpriz olacaq.   


 


Bu həftənin sonlarına yaxın, Women's Annexin futbol klubundan olan bir neçə xanım Film Annexdə bloqqinq fəaliyyətinə başlayacaqlar, beləliklə onlar haqqinda ən son məlumatları bilavasitə əldə edə biləcəyik. Onlar həmçinin Film Annex platformasında  BuzzScore ( Buzz hesabı)-na malik olacaq, bununla gəlir əldə edəcək və öz ailələrinə dəstək olacaqlar. 



Bir neçə ay ərzində, Film Annex və Women's Annex Əfqan futbolçuları, xüsusilə də Women's Annexin qadınlardan ibarət komandasının oyunçuları üçün tamailə yeni bir gələcək formalaşdırmağa nail olub. Elə ki, milyonlarla insanlar onların həyat və ideyaları haqqında oxumağa başlayacaq, onda onlar üçün daha geniş və gözlənilməz imkanlar yaranacaq. Mənim proqnozuma əsasən onlar daha çox qızları idmana cəlb edəcəklər. Həmçinin, ola bilsin ki, bundan sonra bir çox kinematoqraflar, video oyun tərtibatçıları və mühəndislər onların simasından və formasından istifadə edəcəklər.  



 


 



 


Mario Gomez Women's Annexin komandasının məşqlərinə qatılacaq?



 


Women's Annexin qadınlardan ibarət klubunun bir neçə həftə əvvəlki hazırlığından görüntü:




About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160