Kim olduğunu anlamaq üçün müəyyən edilmiş istiqamətlər və hədəfə alınmış Marketinq strategiyaları

Posted on at


İndicə Con Pastora, Film Annex və MTİ USA İnc. üçün müəyyən edilmiş əsas istiqamətlərin siyahısını verdim. Film Annexdə bizimlə işləyən hər kəs üçün konkret vəzifələrin təyin olunması mənim üçün çox vacibdir.

 

 

Siyahıya bu insanlarla başlayıram:

Fransesko Rulli: bütün sahələrlə əlaqəli, lakin Əfqanıstan, Mərkəzi və Cənubi Asiyada Təhsil hər şeydən önəmlidir ( Mən, italyanam)

Cenifer Burne: kino və sosial media ( O,fransızdır)

Eren Gülfidan: kino istehsalı, filmlərin yayımlanması və kino tənqidçi ( O, türkdür)

Seymon Maltvez və Aleksey Levçenko: kino istehsalçı və redaktorlar ( Onlar, rusdur)

Tomas Kurtney: dəb və moda sahəsi (O, amerikalıdır)

Fereşteh Foruf: Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qırğızıstan, Qazaxıstan, Maldiv adaları, Nepal, Pakistan, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistanda təhsil və iqtisadiyyat ( O, əfqandır və CBC 60 Minutes üçün həftəlik yazardı)

Tomas Rulli və MTİ komandası: dəb istehsalı, tekstil istehsalı, parça istehsalı, qeyri-adi moda. Bu sənayenin texnologiya tərəfidir. 

Bununla, insanlar öz öhdəlikləri ilə tanış olur və biz onların hansı sahədə bacarıqlı olduqlarını müəyyən edirik. Aşağıdakı, Film Annexin Əfqanıstanda məktəblərin tikilməsi ilə bağlı istiqamətlərin reytinq cədvəlidir.

 

Mən bu prosesin reallaşdırılmasına hazıram, beləliklə insanlar mənim müəyyən etdiyim istiqamətlər də inkişafi görə və bunu öz işləriylə müqayisə edə bilərlər. Bir dəfə başlanğıc götürsək, Əfqanıstanda yazıçılar və tələbələr konseptini, Mərkəzi və Cənubi Asiyanın digər bölgələrində, Karib adalarında və hətta daha uzaqlarda genişləndirə bilərik. 

Müəyyən olunmuş istiqamətlərdən əlavə, konstruktiv danışıqlar və arqumentlər axtaran insanlar üçün, maraqlı və cəlbedici fikirlər bölüşməliyik. Maraqlı düşüncəli maraqlı insanlar maraqlı media qururlar. Bir dəfə ki, maraqlı fikir söylənildi və sənədləşdirildi, biz onu Facebook və Linkedin kimi geniş sosial şəbəkələrdə dəstəkləyə və bununla daha əhatəli debat və danışıqlar apara bilərik. Təsəvvür edin ki, mənim Qumlu Qarmaq Qırğını və ya Qadınların səlahiyyətlərinin artırılması adlı məqalələrimi Facebook və Linkedin də paylaşıb dəstəkləsək, həmin sosial şəbəkələrin istifadəçiləri həmin mövzuları müzakirə edə bilərlər. Debat məlumatlanmanın əsasını qoyur və həll yolları tapılmasına kömək edir.

Hər hansı bir şirkətdə, Baş israçı Direktorun vəzifəsi öz işçilərinin fikir liderliyini inkişaf etdirməsinə çalışmaqdır, bununla biz hamımız birlikdə irəliləyirik. Əgər Cüdoda qara kəmər sahibisənsə, onda sən Mayk Sveyn kimi dünya çempionlarıyla məşq etmək istiyəcəksən. Nə qədər məğlub olsanda, bu sənin inkişaf yolundur. Yaşıl kəmər ustalarıyla məşq etmək sadəcə zədələnməyinə gətirib çıxarar və bununla öz bacarıqlarını inkişaf etdirə bilməzsən. Yaxın dostum, Con Devid Leyton hər zaman deyər: "Sən otaqda ən yaxşı olmaq istəməzsən" necə ki,  həmin yerdə öyrənəcək bir şey yoxdu. Səndən yaxşı olan və maraqlı fikirli insanları həmin otağa cəlb etməkdə sən maraqlı olmalısan. Mənim qeydim: kopyalamaq və yenidən göstərmək mədəniyyəti artıq məhv olub. Sən yeni ideyalar müəllifi olmalısan.

Yeri gəlmişkən, Balıq tutmağı sevirsiniz

Mənim diqqətimi çəkmək və mənim dəstəyimi qazanmaq üçün, sən Balıq ovu adlandardığım taktikadan istifadə edə bilərsən. Maraqlı bir bloq yazın və mənim adımı orda qeyd edin. Bununla sən mənim diqqətimi cəlb edə bilərsən. Və mən sənin maraqlı fikirlərin barədə yazmağı özümə borc biləcəm və daha artığı, sənin yazdığın ilk bloq yazısı və ya məqalə barədə müəyyən istiqamətlərdə debatlar və danışıqlar gedəcək. Bununla sənin sosial media reytinqinin inkişafını dəstəkləmiş olacam. Baş İcraçı Direktor, siyasətçilər və jurnalistlərlə də həmin Balıq ovu taktikasından yararlana bilərsən. Bunları oxuaycaq və necə maraqlı fikirlərin olduğu qənaəti ilə sənə yazacaqlar. Bu "Gələn Marketinq" adlanır və bu səbəbdən  Mark Svienylə işləməyə başlayandan bəri, heç vaxt insanlara zəg etməyə ehtiyacım olmayıb. İnsanlar özləri məni axtarır. Məsələn, Roya Məhbubun həyat və biznes hekayələri mənimkindən daha maraqlıdır və Əfqanıstanda məktəblərin tikilməsi və ya Əfqanıstanın iqtisadiyyatı kimi məsələlərdə məndən daha çox həvəslidir. Roya Məhbub və onun  Əfqanıstanda, Mərkəzi və Cənubi Asiyada gördüyü işlər mənim məqalələrimin 70%-in mövzusunu təşkil edir çünki o, üzvi rəqəmsal əməkdaşlıq barədə düzün fikirlər paylaşıb. 

 

Yalnız bir dəfə, düzün istiqamət seçərək, məqaləmi yazararaq, söhbət əsnasında maraqlı fikirlərimi bölüşməklə, Royanın gördüyü işlər barədə Facebook kimi sosial şəbəkələrdə bloq yazılarımı paylaşaraq inanılmaz nəticələr əldə edə bilərəm. Bugün üçün, mənim Əfqanısytanda qadınların səlahiyyətləri adlı məqaləmi Facebookda 644 nəfər bəyənib. Sən bunu bacararsan? ;)

SİYASƏTƏ YOX, YALNIZ İNTERNET. 



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 0
160