Mərkəzi və Cənubi Asiya iqtisadiyyatının Əfqanıstan və Yeni İsveçrə vasitəsilə inkişafı

Posted on at

This post is also available in:

Bu həftə, SUNY New Paltzda Amerika Marketinq Assosiasiyasında leymotiv spiker idim. Orada, bir neçə yüz tələbə və müəllimlərlə ünsiyyətdə oldum. Həmçinin, dekan Hadi Salavitabar və professorlar- Ted Klark və Narsiz Roztoki ilə də söhbətimiz oldu. Niyyətim, onalrın tələbələri və təhsil proqramı ilə bizim tələbələr və Əfqanıstandakı Tədqiqat və İnkişaf mərkəzləri arasında əlaqə yaratmaqdır, beləliklə onlar qarşılıqlı olaraq öyrənə və təhsil və iş əhatələrini genişləndirə bilərlər. 

Amerikalı tələbələr Əfqanıstanlı tələbələrin dəstəyi ilə Mərkəzi və Cənubi Asiya barədə fikirlərini sənədləşdirəcək, izah edəcək və tərcümə edəcəklər. Onlar ya Tacikistanda üzvi kofe şəbəkəsi yaradacaq ya da Türkmənistanda Kayak təsis edəcəklər. Əfqan uşaqlar, layihələrini həyata keçirməkdə onlara bələdçilik edəcək, regionun mədəni nüanslarını onalra öyrədəcək və ABŞ və Avropada tərcümə oluna biləcək ideyalarını onlarla bölüşəcəklər. Bu, iki istiqamətli, interaktiv təlimdir. 

 

Eksamer Təhsil Proqram Təminatı ünsiyyət, təhsil və hər partiyanın mükafatlandırılmasını dəstəkləyəcək. Mobil Pul ödəmə sistemi vasitəsilə biz, Mərkəzi və Cənubi Asiyada maraqlı olan hər bir tələbəyə birbaşa mikro-təqaüdlər verə biləcəyik. Rəqəmsal media, bloq yazıları, məqalələr və videolar hər iki tərəfdən prosesi sənədləşdirəcək. Uyğun zaman gəldikdə, proses reklam vasitəsilə gəlir əldə edəcək və tələbələr öz layihələrini maliyyələşdirə biləcəklər. 

Mərkəzi və Cənubi Asiyanın iqtisadiyyatına, ağlasığmaz dərəcədə müxtəlif dilə və adət-ənənəyə malik yüzlərlə, minlərlə insanlar daxildir. Əfqanıstan bu regionun mərkəzində yerləşir və regionda birləşdirici nöqteyi-nəzər ola biləcək bütün əlamətlərə sahibdir. ABŞ höküməti, üfüqlərimizi Əfqanıstanın sərhədlərindən uzaqlara genişləndirməmiz üçün Cənubi və Mərkəzi Asiya üzrə İşlər Bürosu təsis edib. 

 

 Əfqanıstanlı uşaqların xüsusi hədiyyəsi var. Onlar Mərkəzi və Cənubi Asiya mədəniyyətlərinin müxtəlifliyini dərk  edir və Dünya Şəbəkə Totu vasitəsilə daha çox sayahət edərək müxtəlif mədəniyyətləri özləri üçün aşkarlamaq istəyirlər. Ənənəvi və maddi səbəblərdən bu ölkədə qadınlar kişilər kimi tez-tez evdən çıxa və azad şəkildə səyahət edə bilmirlər. Bu, xanım tələbələrin daha diqqətli proqramistlər, sosial media ekspertləri və innovatorlar olması üçün səbəbdir. Mərkəzi və Cənubi Asiyada qadınların səlahiyyətlərini artırılması uğurun əsasıdır. Bu, bizim məqsədimizdir və biz buna rəqəmsal media vasitəsilə nail oluruq. Qadınların səlahiyyətlərinin artırılması kişilər üçün fayda və Mərkəzi və Cənubi Asiya iqtisadiyyatı üçün ən yaxşı  inkişaf faktorudur.  

Film Annexin təşəbbüsü ilə hazırlanan Əfqanıstanın İnkişaf Layihəsi vasitəsilə internetlə təmin olunmuş 6 sinif otağı artıq tikilib və bu ay 7-cisi istifadəyə veriləcək. Bununla, əksəriyyəti qız olan 30,000 tələbə dünya şəbəkə toruna qoşulacaq. Bu həmçinin Eksamer Təhsil Proqram Təminatını da yaratmağa nail olub və Sosial Media tədris planını da hazırlayıb ki, tələbələrə sosial mediadan necə istifadə edilməsi tədris olunsun. Əfqanıstanlı tələbələr Mərkəzi və Cənubi Asiyanın iqtisadiyyatı və inkişafı üçün əlaqə vasitələridir. Onlar Mərkəzi və Cənubi Asiya barədə yazır, danışır və tədqiqatlar aparırlar. Onlar regiondakı imkanlar barədə bizi məlumatlandırırlar. Onlar Mərkəzi  və Cənubi Asiyanın daxilində və xaricində milyonlarla insanları, rəssamları, sahibkarları, idmançıları və təhsil işçilərini birləşdirirlər. Bu, Mərkəzi və Cənubi Asiyanın İnkişaf Layihəsinin əsasını təşkil edir. 

Əfqanıstandakı mədəniyyət və dil müxtəlifliyi və qəbilə adət-ənənələri artıq problem yox, üstünlükdür. Əfqanlar regionun əlaqələndiriciləridir. Avropa tarixinin keçmişinə nəzər saldıqda, Mən İsveçrə ilə bənzərlikləri görürəm: İsveçrə Mərkəzi Avropanın ürəyidir və Əfqanıstan kimi dağlıq ölkədir. 

 

İsveçrənin müharibələrlə dolu uzun tarixi var. İsveçrəli muzdurlar Mərkəzi və Cənubi Avropada ən dözümül döyüşçülər olub. Nadir hallarda italyan şəhərləri və düşmən qüvvələr öz əsgərləri ilə döyüşərdi. Çox vaxt onlar, İsveçrəli muzdurlarla ordunu qurardılar. İsveçrədə hər bir evdə döyüş alətləri var. Hərbi qulluq illik əsaslarla yerinə yetirilir. Müxtəlif dillər, dinlər və adət-ənənələrə görə İsveçrə 4 kantona bölünüb. Ölkə bankçılıq, biznes, idarəetmə, kimya sənayesi və başqa istehlak məhsulları sənayesində liderdir. İndi bu ölkə, əsrlərdir ki, Mərkəzi və Cənubi Avropa arasında əlaqə vasitəsidir. İsveçrə özünü döyüşçü ruhunu Avropadakı bir neçə neytral və azad müharibə zonasına çevirib. Bu, Əfqan gəncləri üçün model və ilham mənbəyi ola bilər. Bugünün texnologiyaları icazə verir ki, Mərkəzi və Cənubi Asiyadakı əfqan uşaqlar və gənclər tarixin minilliklərindən öyrənsin və sülh və çiçəklənmə erasına qədəm qoysun.



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 0
160