Roya Məhbub Kabul, Əfqanıstanda keçirilən TEDx görüşündə rəqəmsal media və qadınların səlahiyyətləri barədə fikirlərini bölüşür

Posted on at

This post is also available in:

                                       Kabul şəhərində mərkəzi Mall

Roya Məhbub, Əfqan Cidatel Software layihəsinin baş icraçı direktoru, keçən həftə Əfqanıstanın Kabil şəhərində TEDx auditoriyası ilə görüşdü. Bu, ölkədə ilk TEDx idi. 

TEDin mövzusu belə idi: "Gözlənilməyənlərin incəsənəti". TED.com səhifəsində tədbir belə təsvir olunub:

       "Ərazidən başlayaq. Əfqanıstan: davamlı olaraq xəbərlərdə daha çox neqativ hallarda adı çəkilən bir ölkə; tarixi, mədəniyyəti və müxtəlif mədəniyyətlərin və xalqların qarışığı olan bir ölkə. Kabil: imperiyalar şəhəri, istila, incəsənət, Şahlar və Əmirlər, yazıçılar və şairlər, dağıntılar, arxitektura, sivil müharibə, dəhşətli cinayətlər və böyük iztirablar, bununla belə ümid, yüksəliş və sabahın şəhəri.  Biz insanlar, mühacirlər və Əfqanıstanlı rəssam, tələbə, biznes  xanımları  və inkişaf təşəbbüskarlarından ibarət qruplarla görüşürük və belə nəticəyə gəlirik ki, onlar hamısı ətrafdakı insanlardan ilhamlanır və işlədikləri, əlaqə saxladıqları və Əfqanıstanda onlara layiq olduqları gələcəyi bəxş edəcək insanlara ümid bəsləyirlər. Bizə məlum oldu ki, bu insanlara TEDx-də iştirak etmək və dəyərli ideyaların pozitiv ab-havasını Kabilə yaymaq tapşırılıb...Sıxıntı və zorakılığın, müharibə və işğalın acı təəssüratlarına baxmayaraq, Əfqanıstanın həqiqi ürəyi hələ də döyünür: İnnovativ, mülayim, sahibkar, yaradıcı, qayğıkeş və zirək."

 

                                                                 

  Danışıq zamanı, Roya sosial media, sosial şəbəkələr və təminat proqramı vasitəsilə qadınları cəlb etmək və səlahiyyətlərini artırmaq barədə fikirlərini bölüşdü:

                    "Sosial media və təminat proqramı Əfanıstanda qadınların səlahiyyətlənməsi üçün vasitə ola bilər.  

                     Məsələn, Əfqan qadınları Film Annexdə biliklərindən istifadə edərək bloq yaza, səy göstərə və pul                    

                     qazana bilərlər. Qadınlar üçün maddi imkanlar artdıqca, onlara qarşı təyziqlər azalır." 

 

                                

Həmçinin onun TEDxdəki çıxışı barədə təqdimatı izləməklə, onun Əfqanıstanlı tələbələrin bloqqinqlə Film Annexdə Buzz xalı yığaraq necə pul qazanmaları, onlayn inkubatorun Əfqan qadınlarına dəstəyi, həmçinin Eksamer təminat proqramının məqsəd və vəzifələri barədə fikirlərini öyrənə bilərsiz. 

 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160