Sosial media paylaşımları ilə Buzz xalınızı artırmağın 5 yolu

Posted on at

This post is also available in:

Əgər Film Annexə müntəzəm daxil olursunuzsa, onda siz platformadakı təsir və uğurun göstəricisi olan Buzz xalı barədə eşitmisiniz. Bunu Film Annexdəki profilinizdən tapa bilərsiz. Buzz xalı sizin Facebook, Twitter, Google +, Linkedln, Tumblr və Film Annex kimi sosial platformalarda reytinqinizi göstərir.  

Əgər Erenin favoritləri sırasına daxil olmusunuzsa, Buzz xalınız artdıqca, Film Annexin ana səhifəsinin maliyyələşdirilən Web televiziya bölməsində sizin Web kanalınız daha çox görünəcək. Bununla kütləni daha çox cəlb edəcək və daha artıq gəlirlər əldə edəcəksiz. Yüksək xala malik olan istifadəçilər həmçinin peşəkar bloqqerlər kimi Annex mətbuatında işlə təmin oluna bilərlər. 

 

Buzz xalı müəyyən faktorlardan asılıdır, beləliklə onun artırmağın yollarına dair siyahını sizə təqdim edirik. 

1. Öz işinizi təqdim edin. Əgər, profilinizdə heç bir fəlaiyyətiniz yoxdursa və yalnız başqalarından paylaşımlar edirsinizsə, sizin Buzz xalınız artmayacaq. Profilinizi zənginləşdirmək üçün videolar yükləyin və bloqlar yazın. Öz bacarığınızdan istifadə edərək unikal şeylər hazırlayın, beləliklə başqaları sosial media şəbəkələrində sizdən paylaşımlar edəcəklər. 

 

2. Abunəçilər toplayın. Çalışın insanlar sizin bloqlarınıza və ya Web kanalınıza abunə olsunlar. Bununla siz hər zaman yeni paylaşımlar etdikdə onlara xəbərdarlıq göndəriləcək. Abunə olmaq üçün düymə, hər kino və bloq səhifəsinin "Yazıçı haqqında" bülməsində qeyd olunub. İzləyicilərinizin sayı sizin xalınızın 10%-i təşkil etdiyindən, əminliklə deyə bilərik ki, abunəçilər toplamağa dəyər!

 

 

                                                       

3. Linkedln vacib faktordur. Digər şəbəkələrlə müqayisədə, Linkedlndə özünüzdən və ya başqalarında paylaşımlar etmək daha faydalıdır. Bu yalnız sizə fayda verir. Linkedln biznes sosial şəbəkəsi və öz peşəkar işinizi paylaşmaq üçün bir şəbəkədir. Buzz xalı üçün ikinci vacib soial media platforması Tumblr şəbəkəsidir. 

 

4. Öz işinizə dəstək qazanın. Buzz xalınızın 45%-i sizin paylaşımlarınıza gələn ümumi Like(bəyən) lar təşkil edir.  Nə qədər çox insanlar sizin işlərinizi bəyənir və paylaşırlarsa, o qədər sizin Buzz xalınız artır. 

 

5. Sosial media düymələrindən istifadə edin. Paylaşımlar etmək üçün, Film Annexdə hər film və bloq səhifəsində yerləşdirilən sosial media paylaşımları düymələrindən istifadə edin. Bu həqiqətən sizin Buzz xalınıza təsir edir, həmçinin cəld və asan başa gəlir. 

.                                                     

 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160