Women's Annex Mərkəzi və Cənubi Asiyada qadınlara səlahiyyət verir

Posted on at

This post is also available in:

Son videolarından birində, Women Annexin işçisi Fereşteh Foruf Əfqanıstanda İnternetin istifadəsindən, bloq, sosial media və mobil telefonlardan danışır. Foruf Film Annexdə Mərkəzi və Cənubi Asiya üzrə əlaqədar şəxsdir. 

Dediyinə görə, o, CBC kanalının ən məşhur və uğurlu tele-layihəsi olan 60 minutes ( 60 dəqiqə) verilişinin həftəlik epizodlarını izlədikdən sonra yeni bloq yazır. Qeyd etdi ki, o, proqramın müxtəlif mövzularını Əfqanıstan və onun insanları ilə bağlayır. 

 O vurğulayır,

        "Bu proqramı izləyə və sonra öz hisslərimi ifadə edə bilərəm. Bildiyiniz kimi Əfqanıstanda insanların bu proqrama baxmaq imkanı yoxdur. Yalnız internet vasitəsilə izləyə bilərlər. Beləliklə düşündüm ki, videoları izləyə və Nyo Yorkda Əfqan qızı kimi öz hisslərimi bölüşə bilərəm, daha sonra isə öz Əfqan həmvətənlərimlə. "

Forufun fikrincə, Əgər 60 Minutes kimi bir veriliş Əfqanıstanda yayımlansaydı, o yayımlar üçün qadınların səlahiyyətləri, qadınların fəaliyyəti, təhsil, sosial və rəqəmsal media kimi sosial mövzuları seçərdi.

    O, belə izah edir, 

               "İnsanlar müharibədən yorulub. Müharibə,onun fəsadları və qurbanları kimi mövzuları gündəmə gətirmək elə də maraqlı olmazdı. Onlar üçün ölkədə gedən müsbət dəyişiklikləri görmək daha maraqlıdı. Məncə Əfqanıstandakı müsbət işlər barədə danışmaq ən optimal variant olardı..."

 

Sosial mövzulara toxunarkən, Foruf izah etdi ki, Women Annex ( Qadınların birliyi) onları səlahiyətləndirmək üçün vacib fenomendir. Əlavə etdi ki, qadınlara özlərini müstəqil hiss edə biləcəkləri bir platforma lazımdır. 

O deyir,

        " Əgər qadınların səlahiyyətlərini artırmaq istəyiriksə, onları bir platforma ilə təmin etməliyik...Elə platforma ki, orada iştirak etsinlər və öz ideyalarını bölüşsünlər. Onları öz fikirləri ilə dəstəkləyə bilərik. Onları dəstəkləməklə, onlar üçün elə bir şərait yaratmalıyıq ki, özlərini sərbəst hiss etsinlər. Fərqi yoxdu maliyyə məsələləri...onların həyat tərzi.. düşünürəm ki, Women's Annex Mərkəzi və Cənubi Asiyada həmçinin Əfqanıstanda ən yaxşı və maraqlı platformadır. "

O, qadınları kompyuterlər və İnternet vasitəsilə platfromaya cəlb etməkdə ən böyük əngəl barədə də danışır. Qeyd etdiyinə görə, Əfqanıstanın davamlı elektriki yoxdur. Bunun üçün onların İnternet kafelərə getməkdə çətinlikləri yaranır. Bu əngəl Roya Məhbubun əsasını qoyduğu Afghan Citadel Software şirkətinin ən böyük layihələrindən olan İnternetlə təmin olunmuş sinif otaqlarının təsis edilməsi ilə aradan qaldırıldı. Foruf əlavə edir ki, bu çətinliyi mobil texnologiya vasitəsilə də aradan qaldırmaq olar hansı ki, bu Əfqanıstan üçün daha münasib və etibarlıdır. 

 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 143
160