E-mail artıq istifadədən düşüb? Sosial Media və Tarqet Marketinqin alternativləri

Posted on at

This post is also available in:

E-mail artıq istifadədən düşüb? Son bir neçə həftədə bu sual məni  narahat edib.

2001-ci ildə mənim, üstündə məlumat olaraq yalnız adım qeyd olunmuş biznes kartım var idi- Fransesko Rulli. Və kartın sağ aşağı hissəsində isə com qeyd olunmuşdu. Əslində bununla mən insanları mənim şəxsi web səhifəm www.FrancescoRulli.com saytına yönəldir və bununla da əlaqə yaratmaq üçün məlumatları almağa çalışırdım. 

Bu il isə mən Əfqanıstandakı aktivist dostlarıma minnətdar olmalıyam ki, onlar mənim adımı Building schools in Afghanıstan açar sözü ilə əvəz etdilər. Bugün üçün, mən deyə bilərəm ki, Google video axtarış bölməsində Film Annexin hər 10 videosundan 7-si və ABŞ-ın BBC və New York Times kimi şəbəkələrində orta hesabla hər gün 3 video insanlar tərəfindən izlənilir. Building schools in Afghanıstan (Əfqanıstanda məktəblərin tikilməsi) mənim adımı və əlaqə informasiyamı əvəz edib. Əgər istəsəniz məni orda tapa bilərsiz. Və həmçinin orda bir neçə insanın mənim fəaliyyətim barədə müsahibələrini izləyə bilərsiz. 

 

 

Növbəti mərhələ isə insanlarla ünsiyyət yaradıb onlarla münasibətlərimi düzənləməkdən ibarətdir. Bu bir bloq yazısıdır və siz onu oxuyursuz. Bir neçə gün əvvəl mənə bu sualı verdilər. "Necə olur ki, sizin kimiz birisi Əfqanıstanı seçdi?" Mən dərhal bir bloq yazdım və e-mail vasitəsilə eyni adlı bloq yazının linkini ona göndərdim. 

İnanlarla ünsiyyətimdə, onların suallarına cavabalrı daha çox məqalələr və bloq yazıları ilə verməyə çalışıram. Bununla həmçinin mən də öz suallarımı və təkliflərimi onlara ünvanlandırıram. Bu, konsepti daha aydın ifadə etməyə və onu ictimai rəylər və töhvələrlə irəlilətməmə kömək olur. Bu proses mənə, məzmunu müxtəlif cür qiymətləndirən oxucu bəxş edir, həmçinin məni konsepti detallarıyla izah etməyə, uyğun cəhətləri tapmağa və yazını şəkil və videolarla daha da aydınlaşdırmağa təhrik edir. Bilirəm ki, bir çox insanlar oxuyur və mən insanlara, onların anlamayacağı dildə bir məqalə təqdim etməyin öhdəliyini başa düşürəm. 

Ünsiyyət vasitəsi kimi bloqqinqdən istifadə etməyin digər aspekti də, ünsiyyətin məxfiliyinin idarə olunmasıdır. Bu mənə öyrədir ki, nəyi ictimai olaraq paylaşmaq olar, nəyi yox və nələr qeyri-etik səslənə bilər. Müəyyən vaxtlarda, peşəkarlıq və aydın məqsədləri bir arada saxlamaqla danışıqlar aparmaqda "odla oynamaq" kimi risklərə gedirəm. 

Son iki həftədə, Film Annexin yazıçılar, tərəfdaşlar və redaktorlardan ibarət komandamızın üzvləri Cümə günü, bloq postlarını Film Annexdəki işləri və layihələri barədə yazaraq həmin həftəni Film Annexə həsr ediblər. Bu proses mənim üçün, Film Annex və onun komandasının nəyə qadir olduğunu anlamaq üçün bir işarə idi. Bütün fəaliyyətimiz göz önündədir. Mən onlardan çox şey öyrənə bilərəm və həmçinin bilirəm ki, Film Annexin üzvü olmayan minlərlə insan indi bizim sirlərimizi öyrənməyə, bizim komandamızı daha yaxşı tanımağa, bizimlə danışıqlar aparmağa və bizim diqqətimizi cəlb etməyə can atırlar. 

Yazıçılıq mənə bir şeyi öyrədib: Mən bura öyrənməyə gəlmişəm.Mənim, məna kəsb edən, 400-500 sözdən ibarət, şəkillərlə və videolarla illustrasiya olunmuş və kompyuter ekranına uyğun qısa multimedia təcrübəsi kimi  hesab olunan bloq yazılarını yazmaq bacarıqlarına yiyələnməyə ehtiyacım var. Şəkil və videoların seçimi mənim üçün çox vacibdi və mənim diqqətimi cəlb edə bilər. Hətta onlar barədə rəy bildirə, və ya mövzu barədə tamamilə yeni bloq yazısı yaza, və həmçinin bloq yazısı barədə qısa sənədli film də lentə ala bilərəm. Mən məhz bunu İctimailəşmək adlandırıram.

 Film Anenxin Əfqanıstanın İnkişaf layihəsi əməliyyatı, Əfqanıstandakı gənc oğlan və qızların öz idealarını ictimailəşdirmək üçün bloqqinq bacarıqlarına yiyələnməsinə, qlobal və vizual danışıqlar əsnasında elektron poçt vasitəsilə milyonlarla insanlarla ünsiyyət yaratamasına nail olmağına çalışır. Əfqanıstandan olan, mənim əvvəllər tanımadığım və həyatı mənimkindən tamamilə fərqli olan bir insanın Əfqanıstan barədə 400-500 sözdən ibarət fikirlərini oxuyanda, yeni şeylər etməyə və münasibətlər qurmağa həvəsləndim. Bu məni öz çərçivəmi aşmağa və yeni fəaliyyətlərlə məşğul olmağa şövq edir. 

 

 

 

Həmçinin bloqlar vasitəsilə, insanlar ,onların yaradıcılıq, əlaqələr qurmasında bizi təəccübləndirmə və ruhlandırma bacarıqlarından agah oluram. Şəxsi bloqda insanlar e-maildəkindən daha fərqli görünürlər. Bəziləri üçün bloqqinq Mühakimə Günü kimidir, iflic olmuş şəkildə ekranın qabağında oturursan. Bəziləri üçün bu Azadlıq günü kimidir, sən öz idealarını yayır və digərlərinin rəylərini öyrənirsən. Açar sözlərin düzgün istiqamətlənməsi də mənə yazıçının necə olması barədə fikir yürütməyim üçün başqa bir vasitədir. Bəziləri bunu mükəmməl və şübhə yeri qoymadan edirlər. Bəziləri isə açar sözlərdən mexaniki olaraq istifadə edir hansı ki, bu konseptə uyğun gəlmir və axtarış mühərriklərində yüksək pillələrdə olsalar da onların imicinə xərər gəlmiş olur.

E-mail tam qüvvədən düşməyib, ama sadəcə ünsiyyət vasitələrindən biridir. Bu, hər hansı bir linki oxucuya ötürmək və ona bildirməkdir ki, e-maildə yazılan məlumatlar minlərlə insanlar tərəfindən də izlənilir. Düşünürəm ki, bu keyfiyyəti daha da artırır. Bu, yayılmamış xəbər kimidir. Bəzi vaxtlarda qorxulu ola bilər ama həmçinin maraq doğurur. 



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 11540
160