Əfqanıstan, Mərkəzi və Cənubi Asiyanın təhsil sistemi üçün peşəkar sosial media

Posted on at

This post is also available in:

Eksamer Təhsil Təminat Proqramı, Roya Məhbub və Fereşteh Foruf tərəfindən düşünülən fantastik ideyadır. İlk dəfə Afghan Cidatel saytına göz gəzdirdikdə bunun şahidi oldum və tələbə və müəllimləri bir araya gətirən bu təminat proqramının mükəmməlliyinə heyran qaldım. Bunun üçün kağızlara ehtiyac yoxdur və bilavasitə işləyir. Mən, müəllim və tələbələri öz dünyama, Film Annex və rəqəmsal media dünyasına cəlb etmək istəridim. Onları sosial media dünyasına, daha dəqiq desək "Peşəkar Sosial Media" dünyasına dəvət etmək istərdim.

 

Film Annex, 300,000 qeydiyyatdan keçmiş istifadəçisi və hər ay 40 milyondan çox izləyicisi olan film paylaşımları  platformasıdır. Bu həqiqətən təsirli səslənir, lakin Biznesdən Biznesə saylara baxın: 

40,000 kinematoqraf

3,900 yazıçı 

35,000 peşəkar film, aşağı keyfiyyət göstəricili film qeydə alınmayıb

 

 

 

Roya Məhbub, Fereşteh Foruf, Elaha Məhbub, Eren Gülfidan və İtaliyadakı komandamızla birlikdə, üçüncü nəsil Eksamer Təhsil Təminat Proqramının inkişafına nail olmuşuq. Sosial Media tədqiqatları üçün ilk tədris planını hazırladıq və Əfqanıstandakı tələbələrin qeydiyyatına başladıq. İlk növbədə onlar elektron poçt ünvanı yaratdılar sonra isə Film Annex, Facebook, Twitter, Google+ və Linkedində qeydiyyatdan keçdilər. 

Bu həftə Film Annexdə, çox vacib bir qərar verdik: 

a) Thumblr şəbəkəsini də sosial şəbəkələrimiz siyahısına daxil etdik

b) və Buzz Score-da sosial media şəbəkələrinin faiz miqdarını azaltdıq

Yeni bal sisteminin 15% dəyəri Linkedin, 10% Twitter və Thumblr, 5% isə Google + və Facebookun payına düşür. 

Biz bu dəyişiklikləri "Peşəkar Sosial Media" kimi yanaşaraq etmişik. Çünki biz, tələbələri "peşəkar dünyaya" hazırlamağı qərara almışıq. Linkedin şəbəkəsinin funksional imkanlarından istifadə edərək bir neçə Essay Test modelləri yerləşdirmişik. İndi isə, Əfqanıstanlı tələbələrlə işləmək üçün  Suny Yeni Paltzdan olan MBA( Master of Business Administration) tələbələrini cəlb etməyə çalışırıq. Sosial Sahibkar - Mayk Smis və İnkişaf etməkdə olan ölkələr üçün Alternativ Enerji sahəsində mütəxəssis- Edqar Laborde kimi savadlı tələbələr bizim üçün çox şey edə bilərlər. 

İnkişaf etməkdə olan ölkələrdə gənclər sürətlə böyüyürlər. Onlar erkən yaşlarından bir çox məsuliyyətlər daşıyırlar. Onların məhdud maliyyə imkanları olsa da yaradıcı ideyalara sahibdirlər. Zaman çox mühüm amildir. Biznes əlaqələrini möhkəmləndirmək üçün onları "Peşəkar Sosial media dəyərlərinə əsasən təhsilləndirmək lazımdı. Məhz  buna görə də Linkedin Facebookdan daha çox yararlıdı. Zukerberqlə şəxsi problemim yoxdu ama  əsas odur ki, sonda bizim tələbələrimiz işlə təmin olunacaqlar və əmin olmalıyam ki, onlar bütün gün vaxtlarını sadəcə əyləncə üçün dostlarıyla çatda söhbətləşmirlər. 

Gəlin onlara hər şeyin ən yaxşısını bəxş edək, OK?

 

Layih'mizin uğurlu olması üçün, inkişaf etməkdə olan ölkələrdən tələbələri və peşəkarları cəlb etməyi bacarmalıyıq, beləliklə hər iki sonluq bundan yararlana bilər. MBA məzunları və sosial ekspertləri Mərkəzi və Cənubi Asiyadakı  şagirdlərə dərs verməklə, ABŞ və Avropanın hüdudlarından kənarda öz biznes ideyalarının inkişafında əməkdaşlıq edə və beynəlxalq tanınma və liderlik bacarığı qazana bilərlər. Öz sahələrini genişləndirmək və inkişaf etmiş, rəqabətli bir dünyaya daxil olmaq üçün amerikalı və avropalı MBA məzunlarının əfqanara ehtiyacı var. Mərkəzi və Cənubi Asiyada nə Strazburq nə də Apple Mağazaları var. Lakin heç Avropa və Amerikada təsəvvür edə bilməyəcəyimiz, inkişaf və imkanların təzahürü olan bir mühit var. Yatırımlar məqbul sayılır və mədəni müxtəliflik isə heç inkişaf etmiş ölkələrdə mümkün olmayan layihələrin icrasını asanlaşdırır. Əfqanıstanda orta yaş 18, ABŞ-da 36, Avropada isə 37 hesab olunur. 

Bax beləcə  Film Annex 30,000 tələbə ilə münasibətlər yaratmağa, Əfqan Təhsil sistemini birləşdirməyə və Kabilin peşəkar futbol klubu "İstiqlal"ın rəğbətini qazanmağa nail: 

 

Əminliklə deyə bilərəm ki, Avropa və Amerika kimi yerlərdə yuxarıda sadaladığımız uğurların hansısa bir özəl şirkət tərəfindən qazanılacağına heç kim inanmazdı. Əlbəttə ki, həmin uğurları qazanılmasında Roya Məhbub, Fereşteh Foruf və Elaha Foruf kimi peşəkar insanlara minnətdar olmalıyıq. Mərkəzi cə Cənubi Asiyada qadınların səlahiyyətlərinin artırılması Film Annex və onun Kapital tərəfdaşlarının sirri və Cidatel of New Yorkun uğuru və inkişafıdır. 

Bugün, Florensiyadan olan Paolo Frosini adlı dostumla onun şirkətinin( Resolvo SRL)  fəaliyyəti barədə yazışmalar apardıq. İtaliyalyanın peşəkar müəssisələrini də cəlb etmək və konsepti Avropanın qalan ərazilərində genişləndirmək niyyətindəyəm. Mən, Avropalı tələbələrin Cənubi və Mərkəzi Asiyadan olan tələbələrə yardım etməsinə və inkişaf etməkdə olan ölkələrdə layihələrlə bağlı ideyalarının formalaşmasına nail olmaq istəyirəm. 



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 0
160