Təhsil vəsaitləri ilə silahlanmış pedaqoqlar və sülh tərəfdarları Əfqanıstanda xarici qüvvələr və hərbi xidmətçilər kimi

Posted on at

This post is also available in:

 Mən 1968-ci ildə İtaliyada doğulmuşam. Həmin vaxt 12 aylıq hərbi xidmət icbari sayılırdı. 19 yaşım olanda hərbi xidmətə getdim və yalnız 4 ay müddətinə hərbi xidmətdə oldum. Cüdo yarışında qolumdan aldığım zərbəyə görə  məni xidmətdən kənarlaşdırdılar. Həmin il İtaliya Kuboku milli yarışında ilk dəfə qara kəmərə sahib oldum. Orduda keçən 3 ay mənim üçün həyat dərsi oldu. Nizam-intizamı nə qədər sevsəmdə orduda sona qədər xidmət göstərmədiyim hər zaman ağlıma gəlir. Lakin, erkən yaşda biznesimə başlamaq üçün 8 ay qazanmışdım.  Və 1990-cı il 21 yaşım olanda ABŞ, Los Angelesdə öz şirkətimi qurdum.

 

Təxminən 1 il əvvəl, dənizçi Conatan Vainkiperlə tanış oldum. Və onun köməyi ilə 18 dənizçidən toplamda 35 müsahibə aldım. Biz onların Əfqanıstandakı dənizçilik həyatları və qarşıda onları nələrin gözlədiyi barədə müzakirələr etdik. Onlardan çoxu, əfqan uşaqlarının təhsil üçün kitablara, qələmlərə, not pədlərə və başqa ləvazimatlara ehtiyac duyduqlarını vurğuladılar. Bu məni ruhlandırdı ki, Əfqanıstanda internetlə təmin olunan məktəblərin tikilməsi, Eksamer Təhsil Təmin proqramı, Sosial Media yönümlü yeni tədris planının hazırlanması və onun Mərkəzi və Cənubi Asiyanın digər inkişaf etməkdə olan ölkələrinə yayılmasına dair layihələrimizin icrasında Roya Məhbubla olan əməkdaşlığımızı tez başa çatdırım. Hərbi qüvvələrin pedaqoqlar rolunu oynaması çox ümidverici səslənirdi və və belə də oldu. Bununla hərbi xidmətdə son iki aydakı vəzifəmə yenidən qayıtmış oldum. Həmin vaxt məni Florensiyaya, İntibah dövrünün beşiyinə səyahət edən yüksək vəzifəli dövlət rəsmilərinə və diplomatlara bələdçi təyin etmişdilər.

 

Bir neçə dəfə qeyd etmişəm ki, həyatda güc və imkanlar məsuliyyət gətirir. İntibah dövrünü beşiyi sayılan Florensiya kimi bir şəhərdə doğulmaq mənə bir çox fürsətlər verdi. Bununla yanaşı təhsil almaq imkanı olmayan və həmin tarixi dövr barədə məlumatı olmayan insanlarla bölüşmək məsuliyyətindən yayına bilməzdim. 

Bir ay əvvəl, "Zarbul Masalha" və "İllustrated Afghan Proverbs" kitablarının müəllifi Kapitan Edvard Zellemlə ünsiyyət yaratmağa başladım. O. Tailandda İngilis dili müəllimi kimi işləyib.İndi isə Əfqanıstanda Prezident Kərzainin məsləhətçisi kimi təcrübə keçdikdən sonra ABŞ HDQ Məlumat bürosunun vacib filialının rəhbəridir. O, Dari dilini sərbəst danışır, lakin Kapitan Zellemin irsiyətində nə farslarla nə də əfqanlarla bağlılığı yoxdu. O, hərbi xidmətçi və pedaqoq kimi əla nümunədir. O, öyrənməyə səy göstərən milyonlarla şagirdin və sülhü bərpa etməyə səy göstərən milyonlarla hərbi xidmətçinin ilham mənbəyi və ümididir və dünyaya parlaq gələcək bəxş edəcək. 

Ordunu əla tətbiqetmələr, intelektual kitablar, təhsil təminat proqrmı və texnologiyalarla silahlandırmağın  əsl vaxtıdır.  Düşmənə qarşı intelekt, təhsil və startegiyayla mübarizə aparmağın vaxtıdır. Mənim ailəm İkinci Dünya Müharibəsindən və Florensiyada, İtaliyanın qalan hissəsində və Avropada sülhü bərqərar edən müttəfiq qoşunlarının fəaliyyətindən  çox təsirlənib. Elə ki sülh bərqərar oldu, bu tarixi təcrübə idi və Birləşmiş Avropa və min illər davam edən konfliktlərin sonuna çıxan ölkələrin vətəndaşlarının təhsili idi.  

 

Məhz buna görə Zellem fikir lideri və müəllimi və hətta deyərdim ki, son on ildə rastlaşdığım ən yaxşı intelekt nümunəsi hesab oluna bilər. Roya Məhbub və Fereşteh Foruf sayəsində Herat,Əfqanıstanda 160,000 tələbəni hədəfə almaqla 30,000 nəfəri internetlə təmin edə bilən sinif otaqlarını tikməyə nail olduq.  Zellem, Məhbub və Forufun səylərini  Film Annexin texniki vəsaiti ilə birləşdirsək, çox şeylər edə bilərik. Təhsil vasitələrinin ,Əfqanıstanda sülhü bərqərar etməyə səy göstərən hər bir ordunun bir parçası olacağı ümidi ilə bu mövzunu ABŞ və İtalia hərbi qüvvələrinin nümayəndələri ilə müzakirələrimə davam edirəm. 

 

 



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 11533
160