Qadınların səlahiyyətləri və kişilərdən ibarət idman klubları

Posted on at

This post is also available in:

 Jasmine Davisdən

 Qadınların səlahiyyətləri fenomeni ilə kişilərin idman sferası arasında bilavasitə fikir ayrılığı var. Bu çox qarışıq mövzudur- kişilər meydanda mübarizə apardıqları halda, qadınlar oyundənkənar tamaşaçılar kimi sadəcə seyr edirlər. Bəli, qadınlardan ibarət idman klubları da vardır, lakin onlar bugün gözə dəymir. Çoxları üçün bütün bunlar "yeniliklər" kimi görünür. 

Əgər idman sahəsinə kişilər ağalıq edirsə, onda qadınlar bu dünyada öz yerlərini necə tapmalıdırlar? Film Annex qadınları idman sahəsinə daxil etməyin çox unikal yolunu tapıb. Bizim portfel şirkətlərimizdən biri olan Citadel of New York Əfqanıstanın İstiqlal futbol klubunda 10%-lik aktiv mövqeyə sahibdir. Ən son Pres Relize əsasən,

"İstiqlal FC Əfqanıstan premyer liqasında 2-ci pillədə qərarlaşıb. Klub 2002-ci ildə təsis olunub, Qazi stadionunda məşqlər keçir və Tolo TV-in milli komandasının məşqçisi və komitə üzvü olan Zaher Hasani tərəfindən idarə olunur. Razılaşmaya əsasən, klub rəhbərliyi tərəfindən Citadel of New York-a icazə veriləcək ki, sərbəst olaraq oyunları, məşq proseslərini və oyundan əvvəlki hadisələri lentə alsınlar. Bütün bunlar Film Annex İdman Şəbəkəsi və İstiqlal FC Web TV kanalında yayımlanacaq. Web TV klub haqqında bütün videoları, bloqları və şəkilləri nümayiş etdirəcək. 

 

Bəs qadın səlahiyyətləri nə vaxt özünü büruzə verir? Film Annexdə Fransesko Rullinin ən son məqalələrindən birində çox gözəl yazılır: " Kişilər kompyuterləri quraşdırır və futbol stadionları tikirlər. Qadınlar isə proqram təminatı, yerləşdirmə, dəstəkləmə və rəqəmsal bazanın gəlirlərinə nəzarət edirlər." Aşağıdakı videonu Rulli nümunə kimi göstərir:




Bununla o demək istəyir ki, ola bilər bu videoda hamısı kişilərdir, lakin video əsasən qadınlar tərəfindən dəstəklənir, yayılır. Bu halda, videodan gələn gəlir qadınların səlahiyyətində olur. Rulli deyir," Videolar, qadınların idarə etdiyi sosial media strategiyalarından istifadə olunaraq, qadınların nəzarətində olan bloq və video yayımlanması platformasında, qadınların yaratdığı yerləşdirmə, paylama və reklam proqram təminatına yüklənir. Nəticədə, qadınların idarəçiliyində olan reklam və gəlir sistemi ilə qadınların idarəçiliyində olan ödəmə sistemi birgə fəaliyyət göstərir."

Qadınların səlahiyyətləri, əvvəldə qeyd etdiyimiz kimi, əldən-ələ iqtisadi inkişafa doğru gedir. Qadınların pulu artdıqca, onların səlahiyyətləri də artır. Onlar qazandıqları pullarla ailələrinə və cəmiyyətlərinə dəstək olur və bununla hamı daha yaxşı yaşayır. Düşünürsünüz ki, qadınları necə səlahiyyətləndirmək olar? İqtisadi sistemdə onlara da yer ayırın.

Əfqanıstanda qadınların səlahiyyətlərini artırmaq üçün, onlara idman aləmində də yer ayırın. Ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sahələrdə qadınlar üçün pul qazanmaq imkanı yaratmaqla təkcə idmanla bağlı hadisələrdə iştirak edənlərə yox, həmçinin videoları izləyənlərə də yardım etmək olar. Əfqanıstanda qadınları idman sənayesinə cəlb edərək ölkədəki minlərlə, hətta milyonlarla əhaliyə daha yaxşı cəmiyyət bəxş etmək olar. Məhz bu, qadınların səlahiyyətlərinin artırılmasıdır. 






About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160